Reklam resmi
Reklam resmi

Güclü fırtına səbəbilə 7 NƏFƏR ÖLDÜ - bu ölkədə

Güclü fırtına səbəbilə 7 NƏFƏR ÖLDÜ - bu ölkədə
Dünya

Cənubi Afrikada güclü qış tufanı geniş dağıntılara səbəb olub.

Ajans.az xəbər verir ki, qasırğa ən azı yeddi nəfərin həyatına son qoyub - altı nəfər Mthatha şəhərində daşqın səbəbindən, daha bir ölüm isə Tsoloda qeydə alınıb.

Şərqi Keyp və KwaZulu-Natal əyalətləri xüsusilə ağır zərbə alıb. Şərqi Keypdə məktəb avtobusunu daşqınlar aparıb. Xilasedicilər ağaclardan yapışaraq xilas edilən 3 uşağı tapmağa müvəffəq olsalar da, itkin düşənlərin dəqiq sayı hələlik məlum deyil.

Ölkənin meteorologiya xidməti “narıncı” xəbərdarlıq elan edib. Kokstad ərazisində qar sürüşməsi N2 şossesi də daxil olmaqla nəqliyyatın hərəkətini tamamilə iflic edib. Səlahiyyətlilər bütün yaşayış məntəqələrini xarici dünya ilə əlaqəsini kəsə biləcək genişmiqyaslı daşqın və sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Cənubi Afrika Qış tufanı Dağıntılar

Digər Xəbərlər