Reklam resmi
Reklam resmi

İmamoğlu ilə Kılıçdaroğlunun SƏS YAZISI YAYILDI

İmamoğlu ilə Kılıçdaroğlunun SƏS YAZISI YAYILDI
Dünya

CHP-nin 2024-cü ilin noyabrında keçirilən 38-ci növbədənkənar qurultayında Kamal Kılıçdaroğlunun partiya liderliyi yarışından geri çəkilməsi ilə bağlı yeni iddialar ortaya çıxıb.

Ajans.az xəbər verir ki, media İmamoğlu ilə Kılıçdaroğlu arasında həmin gecə baş tutmuş telefon danışığının səs yazısını yayıb.

Səs yazısında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Kılıçdaroğluna necə və nə vaxt geri çəkilməyin daha uyğun olacağı ilə bağlı təkliflər verdiyi eşidilir. İmamoğlu, Kılıçdaroğlunun yazılı ərizə ilə yarışdan çəkilməsinin mümkün olduğunu və bu barədə ictimaiyyətə açıqlama verilə biləcəyini bildirib.

Hadisə sosial mediada geniş rezonans doğurub. CHP-yə yaxın bəzi şəxslər səs yazısının birtərəfli və qanunsuz şəkildə qeydə alındığını bildirib, bunun İmamoğlunun imicinə zərər vurduğunu qeyd ediblər.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
CHP Kılıçdaroğlu İmamoğlu Səs yazısı

Digər Xəbərlər