Mask ilə dostluq münasibətlərini bitirdi- TRAMDAN AÇIQLAMA
ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskla dostluq münasibətlərinin bitdiyini hesab edir.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ prezidenti "NBC News" telekanalına deyib.
"Güman edirəm ki, bəli", - deyə Tramp bildirərək gələcəkdə İlon Mask ilə əlaqə saxlamaq niyyətində olduğunu qeyd edib.
"Mənim çoxlu başqa işlərim var. Onunla danışmaq fikrində deyiləm", - deyə D.Tramp əlavə edib.
Amerika prezidenti İ.Maskın prezidentlik institutuna qarşı hörmətsiz münasibətinə diqqət çəkib.
Mövzular: