Reklam resmi
Reklam resmi

Ticarət mərkəzində silah sexi aşkarlanıb

Ticarət mərkəzində silah sexi aşkarlanıb
Dünya

Moskva ticarət mərkəzində silah sexi aşkarlanıb.

Ajans.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada ticarət mərkəzinin (TM) ərazisində silah sexi yaradan mütəşəkkil cinayətkar qrupun (MQ) üzvlərini saxlayıblar. Bu barədə TASS agentliyi məlumat yayıb.

Söhbət “Qorbuşkin dvor” ticarət mərkəzindən gedir. Cinayətkarlar onun ərazisində toplanan silahları satmağı planlaşdırıblar.

Artıq mütəşəkkil cinayətkar dəstənin 4 üzvünə qarşı qanunsuz olaraq odlu silah, habelə onların əsas hissələri və döyüş sursatı əldə etmə, başqasına vermə, saxlama, satma və dəyişdirmə ittihamı irəli sürülüb. Onların arasında G.B. Degtyar, S.V. Belyakov, K.N. Belonojkin və Yu.A. Kaşkovski.

Bundan əvvəl polis Moskva vilayətinin Korolev şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində silah emalatxanası və anbar aşkar edib.

author picture
Tərlan Əmrahova
Mövzular:
Moskva ticarət mərkəzi Silah sexi Qorbuşkin dvor

Digər Xəbərlər