ABŞ və Çin bu məsələləri ikitərəfli MÜZAKİRƏ EDƏCƏK
İyunun 9-da Londonda ABŞ və Çin arasında ikitərəfli ticarət məsələlərinə dair görüş keçiriləcək.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumat verib.
Amerika lideri deyib: “Maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-nin ticarət nümayəndəsi Cemison Qrinin ticarət razılaşmasını müzakirə etmək üçün iyunun 9-da Londonda Çin rəsmiləri ilə görüşəcəyini bildirməkdən məmnunam. Görüş çox səmərəli keçməlidir".
Qeyd edək ki, iyunun 5-də Trampla Çin Prezidenti Si Cinpin arasında telefon danışığı zamanı yeni görüşlə bağlı razılıq əldə olunub.
Mövzular: