Təyyarə təcili ENİŞ ETDİ: 9 YARALI - bu ölkədə
“Ryanair”in 9 sərnişini Almaniyada təcili eniş zamanı xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İyun 4-də axşam Münhendən Milana uçan təyyarədə fövqəladə hadisə baş verib. Uçuş zamanı təyyarə göy gurultusu ilə qarşılaşıb və güclü turbulentlik yaşayıb. Pilotlar Memmingendə təcili eniş etməli olublar.
Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Qadın kəllə-beyin travması alıb, iki yaşlı uşağı isə qançırlar alıb. 59 yaşlı sərnişin bel ağrısından şikayət edib. Onlar xəstəxanaya aparılıb. Digər zərərçəkənlərə yerindəcə tibbi yardım göstərilib.
Qeyd olunur ki, yerli aviasiya orqanları növbəti uçuşlara icazə vermədiyi üçün reysin sərnişinlərinə İtaliya şəhərinə avtobusla transfer təmin olunacaq.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: