Reklam resmi
Reklam resmi

Təyyarə məcburi eniş etdi, XƏSARƏT ALANLAR VAR

Təyyarə məcburi eniş etdi, XƏSARƏT ALANLAR VAR
Dünya

Berlindən Milana uçan “Ryanair” təyyarəsinin hava turbulentliyi ilə qarşılaşması nəticəsində azı 7 nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 170-ə yaxın sərnişin olub. Təyyarə Almaniyanın cənubundakı Memmingen hava limanına məcburi eniş edib.

Polisdən bildirilib ki, 7 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya aparılıb. Qadın sərnişinlərdən biri kəllə-beyin travması alıb. Sərnişinlərin həyatı üçün təhlükə yoxdur.

Hadisə yerində polis əməkdaşları işləyir.

Mövzular:
Ryanair təyyarə uçuş plroblem təcili eniş

Digər Xəbərlər