Reklam resmi
Reklam resmi

Hökumət binasında TERROR AKTI: bu ölkədə

Hökumət binasında TERROR AKTI: bu ölkədə
Dünya

Çelyabinsk vilayətində FSB əməkdaşları hökumət binasını yandırmağa cəhd edən şəxsi saxlayıb.

Ajans.az xəbər verir ki, regional FSB idarəsinin mətbuat xidmətinin məlumatına görə, şübhəli şəxsə qarşı terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən etdiyi kimi, yerli sakin dövlət qurumunun binasında yanğın törətməyə cəhd edib, bundan sonra məsuliyyətdən yayınmaq üçün hadisə yerindən qaçıb. FSB əməkdaşları bildirib ki, həmin şəxsin hərəkətinə dövlət qurumlarına qarşı intiqam və düşmənçilik hissi səbəb olub. Onun məqsədi hakimiyyətin işini pozmaq və rayon sakinləri arasında qorxu yaratmaq olub.

Hazırda müstəntiqlər sübutlar toplayır və saxlanılan şəxsin digər oxşar cinayətlərdə iştirak edib-etmədiyini yoxlayır.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
FSB Çelyabinsk Dövlət binası Terror aktı

Digər Xəbərlər