Reklam resmi
Reklam resmi

Qərb Çinə misli görünməmiş təzyiq göstərir - Lukaşenko

Qərb Çinə misli görünməmiş təzyiq göstərir - Lukaşenko
Dünya

Çin Xalq Respublikası (ÇXR) Qərbin görünməmiş təzyiqi altındadır.

Ajans.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ÇXR sədri Si Cinpinlə görüşdə deyib.

“Siz indiki dövrün əsas xüsusiyyətini çox düzgün qeyd etdiniz - Qərbin bizə, ilk növbədə Çin Xalq Respublikasına misli görünməmiş təzyiqi. Və bu gün bir çox ölkələrin, o cümlədən Belarusun gözü sizə - Pekinə yönəlib”, - Belarus lideri bildirib.

Lukaşenkonun sözlərinə görə, görüşdüyü bir çox dövlət başçıları əmindirlər ki, Çin Qərbin təzyiqlərinə tab gətirərək “dünya nizamının pozulmasına imkan verməyəcək”. O, həmçinin Si Cinpinə dostluğuna və qonaqpərvərliyinə görə təşəkkür edib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Çin Qərb Təzyiq Lukaşenko

Digər Xəbərlər