Bu təyyarənin göyərtəsində "Power bank" PARTLADI
Sankt - Peterburqdan Yakutska uçan təyyarənin göyərtəsində sərnişinlərindən birinə məxsus enerji bankı yanıb.
Ajans.az "TASS"a istinadən xəbər verir ki, hadisə iyunun 4-nə keçən gecə baş verib.
"Təyyarənin salonunda tüstü yaranıb və xalça əriyib. Səbəb sərnişinlərdən birinin əl yükündə olan "Power bank"da yaranan qısaqapanma olub", - aviadaşıyıcıdan bildirilib.
Sərnişinlər və stüardessalar tüstünün mənbəyini tez aşkar edərək yanğını söndürüblər.
Aviaşirkət qeyd edib ki, təyyarə Yakutsk hava limanına təhlükəsiz eniş edib.
"SHOT" teleqram kanalının məlumatına görə, elektrik bankını söndürməyə kömək edən sərnişin yüngül yanıq xəsarətləri alıb. Təyyarə yerə enən zaman həkimlər ona kömək ediblər. Nəqliyyat polisi hadisə ilə bağlı araşdırma aparır.
Mövzular: