Reklam resmi
Reklam resmi

Britaniya Avropadakı nüvə mövcudluğunu GÜCLƏNDİRDİ

Britaniya Avropadakı nüvə mövcudluğunu GÜCLƏNDİRDİ
Dünya

Britaniya NATO-nun nüvə qarşısının alınmasında öz rolunu gücləndirməyi nəzərdən keçirir.

Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Birləşmiş Krallıq ABŞ-nin alyansa sadiqliyi ilə bağlı narahatlıqlar fonunda NATO-nun nüvə qarşısının alınmasındakı rolunu artırmağa hazırlaşır”, - deyə bəyanatda bildirilir.

Agentliyin mənbəsi vurğulayıb ki, Londonda digər məsələlərlə yanaşı, Britaniya qırıcılarında nüvə silahının yerləşdirilməsi ssenariləri də müzakirə olunur.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkənin müharibəyə hazırlıq rejiminə keçdiyini bildirərək, Britaniyanın Rusiyadan gələn təhlükəni “görə bilməyəcəyini” vurğulamışdı.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Britaniya NATO Nüvə

Digər Xəbərlər