Monqolustan parlamenti Baş naziri vəzifəsindən azad etdi
Monqolustanın Dövlət Böyük Xuralı (parlamenti) gizli səsvermədən sonra Baş nazir Luvsannamsrain Oyun-Erdeneni istefaya göndərib.
Ajans.az xəbər verir ki, bu barədə parlamentin mətbuat mərkəzi məlumat yayıb.
Yeni hökumət başçısı təyin olunana qədər sabiq Baş nazir öz vəzifələrini icra etməyə davam edəcək.
Qanuna görə, Baş naziri istefaya göndərmək üçün deputatların səs çoxluğu (64 səs) kifayətdir. Onların çoxu gizli səsvermə zamanı Baş nazirə etimad göstərməyiblər.
Qanunvericiliyə görə, yeni Baş nazir 30 gün ərzində təyin olunmalıdır.
Son günlər ölkənin paytaxtı Ulan-Batorun mərkəzi meydanında dinc piketlər keçirilir. Xatırladaq ki, Baş nazirin oğlunun nişanlısına brilyant üzük, bahalı avtomobil və çanta hədiyyə etməsi barədə xəbərlərdən sonra baş nazirdən istefa verməsi tələb olunurdu.
Mövzular: