Reklam resmi
Reklam resmi

"Daredevil"in ulduzu VƏFAT ETDİ

\"Daredevil\"in ulduzu VƏFAT ETDİ
Şou Biznes

“Boardwalk Empire” və “Daredevil” serialları ilə tanınan amerikalı aktyor Devin Harjes 41 yaşında xərçəng xəstəliyindən Nyu-Yorkda vəfat edib.

Ajans.az xəbər verir ki, ölüm xəbərini aktyorun nümayəndəsi NBC News-a təsdiqləyib. Qeyd olunub ki, Harjesə bu ilin qışında xərçəng diaqnozu qoyulmuşdu və xəstəlik ağırlaşaraq onun həyatına son qoyub.

Texasda doğulub-böyüyən Harjes aktyorluq təhsilini kollecdə alıb, karyerasına teatr səhnəsində başlayıb. Sonradan Nyu-Yorka köçərək televiziyada və müstəqil filmlərdə bir sıra rollarla yadda qalıb. O, həmçinin “Gotham”, “Manifest”, “Orange is the New Black” və “FBI” kimi seriallarda da çıxış edib.

Nümayəndəsinin sözlərinə görə, Harjes səxavətli və mehriban bir insan, sənətinə sadiq bir aktyor olub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Daredevil Serial Devin Harjes Xərçəng Vəfat

Digər Xəbərlər