Rusiya-Ukrayna danışıqlarının TARİXİ AÇIQLANDI
Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna ilə danışıqların yerli vaxtla saat 13:00-da başlayacağını təsdiqləyib.
Ajans.az xəbər verir ki, bu barədə TASS özəl mənbəyə istinadən məlumat yayıb.
Bir gün əvvəl Rusiya Federasiyasının nümayəndə heyəti İstanbuldakı oteli artıq tərk etmişdi.
İyunun 2-də Çırağan sarayında münaqişənin həlli üzrə növbəti Rusiya-Ukrayna danışıqları başlayacaq. İkinci raundda tərəflər hər bir ölkənin təqdim etdiyi nizamlanma memorandumlarını müzakirə edəcəklər.
Bir gün əvvəl Rusiya memorandumun Ukrayna variantını alıb. Amma bu, sənədin mətni əvvəlcə Qərb jurnalistlərinə, sonra isə dünya ictimaiyyətinə məlum olduqdan sonra baş verib.
Memorandumda Ukrayna tərəfi quruda, dənizdə və göydə atəşə son qoyulmasını tələb edir. Üstəlik, Kiyev bu tədbirə nəzarət tələb edir. Plana əsasən, üçüncü ölkələr monitorinq aparacaq. Hansılar olması dəqiq göstərilməyib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.