Körpü uçması nəticəsində ölənlərin sayı 97 nəfərə ÇATDI
Bryansk vilayətində sərnişin qatarının üzərinə körpünün uçması nəticəsində ölənlərin sayı 97-yə çatıb, 64 nəfər xəstəxanaya yerləşdirilib.
Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bazar ertəsi səhər saatlarına olan məlumata görə, Bryansk vilayətində körpünün partlaması nəticəsində 104 nəfər xəsarət alıb, onlardan 7-si ölüb”, - deyə, fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.
Qatardan olan 64 sərnişinin hələ də müxtəlif xəstəxanalarda olduğu, onlardan dördünün uşaq olduğu bildirilir.
Xatırladaq ki, mayın 31-dən iyunun 1-nə keçən gecə Bryansk vilayətində körpü partladılmışdı. Nəticədə onlarla insan yaralanıb.
Regionun qubernatoru Aleksandr Boqomaz qatar qəzasından sonra 2, 3 və 4 iyun 2025-ci il tarixlərini matəm günləri elan edib. Onun sözlərinə görə, matəm günləri Bryansk vilayətinin bütün ərazisini əhatə edəcək.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.