Vasif Talıbovun oğlu bu VƏZİFƏSİNİ DƏ İTİRDİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.
Ajans.az Teleqraf-a istinadla xəbər verir ki, o, bundan sonra Azərbaycan Şahmat Federasiyanının (AŞF) İcraiyyə Komitəsində təmsil olunmayacaq.
Məsələ AŞF-nin hazırda davam edən Növbəti Konfransında İcraiyyə Komitəsinə seçkilər zamanı rəsmiləşəcək.
S.Talıbov daha əvvəl Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası prezidenti vəzifəsindən istefa vermişdi. O, 2021-ci ildən AŞF-nin vitse-prezidenti idi.
S.Talıbov İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədlər siyahısında yer almayıb.
Mövzular: