Polşada seçkilərin nəticələri AÇIQLANDI
Polşada prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı ilk ekzit-poll nəticələri açıqlanıb.
Ajans.az xəbər verir ki, “İpsos” mərkəzinin açıqladığı məlumata görə Varşava meri Rafal Tşaskovski 50,1 faiz, Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski isə 49,9% səs toplayıb.
Qeyd edək ki, 29 milyon polyak seçkinin ikinci turunda səs vermək hüququna malikdir.
Mövzular: