Görüşün əvvəlindən təşəbbüsü ələ alan meydan sahibləri ilk 10 dəqiqə ərzində 3 qol vurub. Təmkin Xəlilzadə 2-ci, Məhəmməd Xəlilov 8-ci, Rəvan Kərimov 10-cu dəqiqədə fərqlənib.

11-ci dəqiqədə Sombor Kövesdi fərqi azaldıb.

İkinci hissəyə də Azərbaycan millisi fəal başlayıb. 29-cu dəqiqədə Kərimov özünün ikinci, komandasının dördüncü qolunu vurub.

50-ci dəqiqədə Bense Lovaş fərqi azaldıb. Lakin bu, yekun nəticədə qələbəyə mane olmayıb.

Bununla da Azərbaycan millisi 2022-ci ildə əldə etdiyi Avropa çempionluğundan sonra dünya çempionu tituluna da sahib çıxıb. Macarıstan ikinci yeri tutub. 3-cü yeri isə Serbiya əldə edib.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Monteneqro seçməsini 2:1 hesabı ilə məğlub edib, Macarıstan isə Serbiyanı əsas hissəsi qolsuz heç-heçə ilə bitən matçın penaltilər seriyasında üstələyib - 3:1.

Daha əvvəl dünya çempionu adını ABŞ (2015), Çexiya (2017), Meksika (2019) və Rumıniya (2023) qazanıb.