Kreml-dən Fransaya sərt ittiham- Rusiyaya təzyiqi artırır...
Fransa sülh yolu ilə nizamlanmaya töhfə vermək istəmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Paris Moskvaya təzyiqi artırmaq yolundadır.
Ajans.az xəbər verir ki, bu barədə VGTRK jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib .
"Fransa hələ də Rusiyadan təzyiqlə nəyəsə nail olunacağına ümid edir" dedi. O qeyd edib ki, Fransa Rusiyanın mahiyyətini anlamır.
Peskov həmçinin Fransa prezidenti Emmanuel Makronun real vəziyyəti anlaya bilməməsindən təəssüfləndiyini bildirib .
Bir müddət əvvəl Peskov Makronun həyat yoldaşından aldığı silləni şərh edərkən demişdi ki, arvad heç vaxt ərinə elə sillə vurmaz.
Mövzular: