Reklam resmi
Reklam resmi

10 girov və 18 cəsədi qaytarır- HƏMAS RAZILAŞIB

10 girov və 18 cəsədi qaytarır- HƏMAS RAZILAŞIB
Dünya

HƏMAS 10 girovu azad etməyə və 18 cəsədi təhvil verməyə razılaşıb.

Ajans.az xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilib.

ABŞ Prezidentinin nümayəndəsi Stiv Uittkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib.

Bildirilib ki, HAMAS 10 girovu azad etməyə və 18 cəsədi təhvil verməyə razılaşıb.

“Məsləhətləşmələrdən sonra biz bu gün ABŞ nümayəndəsi Stiv Uitkoffun təklifinə öz cavabımızı təqdim etdik. Biz davamlı atəşkəs, Qəzza zolağından hərtərəfli geri çəkilmə daxil olmaqla, cavabımızı təqdim etdik”, - qeyd edilib.

Məlumata əsasən, razılaşdırılmış sayda fələstinli məhbus müqabilində 10 sağ girov azad ediləcək və 18 cəsəd təhvil veriləcək.

author picture
Tərlan Əmrahova
Mövzular:
HƏMAS Qəzza Girov

Digər Xəbərlər