Məsciddə dəhşət:Avtomobilini məsciddə yuduğu üçün...
Tekirdağın Ergene rayonunda avtomobilini məsciddə yumaması barədə xəbərdar edən mikroavtobus sürücüsü Kamal Dönmezin bıçaqladığı görüntüləri ortaya çıxıb.
Ajans.az Türkiyə ətbuatına istinadən xəbər verir ki, Təkirdağ Ergene rayonundakı Marmaracık məhəlləsinin muxtarı Mustafa Kamal Dönmez, dünən cümə namazını qıldıqdan sonra qarşılaşdığı mikroavtobus sürücüsü CD-yə(şərtidir) məsciddə avtomobilini yumaması barədə xəbərdarlıq edib.
Bu da tərəflər arasında mübahisəyə səbəb olub. Yerlilər müdaxilə edərək tərəfləri ayırıblar. Qısa müddətdən sonra CD dönməzin arxasınca qaçaraq onu bıçaqlayıb. Mustafa Kamal Dönmez aldığı bıçaq yaraları nəticəsində yerə yıxılıb və CD qaçıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə polis və tibb qrupları sövq edilib. İlkin tibbi yardımdan sonra Dönmez müalicə olunmaq üçün Çorlu Dövlət Xəstəxanasına aparılıb. Dönmez müalicəsinin ardından evə buraxılıb.
Qaçan CD polis tərəfindən tutularaq saxlanılıb. Polis bölməsində CD-nin əməliyyatları davam edərkən, Dönmezi qovub bıçaqladığı anın təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.