Reklam resmi
Reklam resmi

Məşhur aktyordan RADİKAL QƏRAR

Məşhur aktyordan RADİKAL QƏRAR
Şou Biznes

Uzun müddətdir ekranlardan uzaqlaşaraq teatra üz tutan aktyor 2025-ci ilin iyun ayından etibarən smartfondan istifadə etməyəcəyini açıqlayıb. Köhnə model telefonla poza verən Güven "Video zəng! Hə, hələlik həftə sonları" qeydi ilə izləyicilərini güldürüb.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddət televiziya ekranlarından uzaq qalan və son illərdə teatr səhnələrində tamaşaçılarla görüşən ustad aktyor Ozan Güvən mayın 19-da 50 yaşını qeyd etdi.Sənət həyatında olduğu kimi şəxsi həyatında da dəyişiklik küləkləri gətirən Güvən yeni yaşı ilə diqqətçəkən bir qərar verdiyini açıqladı. 50 yaşını tamamladıqdan sonra həyatında bəzi radikal addımlar atmağa qərar verdiyini ifadə edən Güvən, 2025-ci ilin iyun ayından etibarən smartfonlardan istifadəni dayandıracağını açıqladı. Bu qərar rəqəmsallaşmanın sıx olduğu bir vaxtda xüsusilə sosial media istifadəçiləri arasında təəccüblə qarşılandı.

Aktyor bu qərarını yumoristik toxunuşla açıqlayıb. Güvən sosial media hesabında əlində köhnə model mobil telefonla poza verdiyi fotonu "Video zəng! Bəli, hələlik həftə sonları" yazaraq paylaşıb. O, bu paylaşımı ilə həm qərarının ciddiliyini vurğuladı, həm də izləyicilərini güldürdü.

author picture
Tərlan Əmrahova
Mövzular:
Ozan Güvən AKtyor Türkiyə Mədəniyyət

Digər Xəbərlər