Peskovdan Makrona şok sözlər: Qadın heç vaxt ərinə...
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun ailəsində baş verən şillə qalmaqalı ilə bağlı maraqlı açıqlama verib.
Ajans.az xəbər verir ki, Peskov bu barədə VGTRK telekanalına müsahibəsində danışıb.
"Əgər qadın ərinə şillə vurursa, bu, heç vaxt səbəbsiz olmur. Amma bu, bizim işimiz deyil", - deyə o bildirib.
Peskov onu da qeyd edib ki, Emmanuel və Bricit Makronun ailə münasibətləri ictimai müzakirəyə çıxarılmamalıdır:
"Makron ailəsinin münasibətləri onların öz işləridir və bu cür məsələlər ictimaiyyət qarşısında müzakirə olunmamalıdır".
Mövzular: