Reklam resmi
Reklam resmi

Mask Trampın seçki kampaniyası zamanı NARKOTİK QƏBUL EDİBMİŞ

Mask Trampın seçki kampaniyası zamanı NARKOTİK QƏBUL EDİBMİŞ
Dünya

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın seçki kampaniyası zamanı tez-tez narkotik qəbul edib.

Ajans.az xəbər verir ki, bu barədə New York Times (NYT) öz mənbələrinə istinadən məlumat yayıb.

"Maskın narkotik istifadəsi təsadüfi istifadədən çox-çox kənara çıxdı. O, insanlara güclü anesteziya vasitəsi olan ketamin qəbul etdiyini söyləyib”, - hesabatda deyilir.

Nəşrin məlumatına görə, Mask ekstazi və psixikaya təsir edən göbələklər də qəbul edib. O, Adderall stimulantı da daxil olmaqla, təxminən 20 həb olan həb qutusu ilə səyahət edib.

Bununla belə, DOGE rəhbərinin Ağ Evdə hökumət işçisi olduğu müddətdə narkotik qəbul edib-etmədiyi bəlli deyil.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Mask Tramp Kampaniya Narkotik

Digər Xəbərlər