ABŞ idxal rüsumlarını saxlamaq üçün plan hazırlamağa BAŞLADI
ABŞ prezidenti Donald Trampın administrasiyası, idxal tariflərinin bloklanmasına dair məhkəmə qərarından asılı olmayaraq, onları istədiyi səviyyədə saxlamaq üçün B planı üzərində işləməyə başlayıb.
Ajans.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, siyasətçilər ticarət müharibəsini davam etdirməyə hazırlaşırlar.
Oreqon Baş Prokurorunun Donald Trampın idxal tariflərinin ləğvi ilə bağlı iddiası Kolorado, Nevada, Nyu-York və Nyu-Meksiko da daxil olmaqla 12 ştat tərəfindən dəstəklənib. Dövlət başçısından başqa, iddiada cavabdeh qismində Daxili Təhlükəsizlik katibi Kristi Noem və Gömrük və Sərhəd Mühafizəsi Komissarının səlahiyyətlərini icra edən Peter Floresin adları çəkilir.
"Prezident konstitusiya quruluşunu pozdu və Amerika iqtisadiyyatına xaos gətirdi" deyən məhkəməyə müraciət müəllifləri dövlət başçısını Vaşinqtonun tarif siyasətini dəyişdirmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə ittiham ediblər.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.