İtaliya şahzadəsi Mariya Karolina QƏZAYA DÜŞDÜ
İtaliya şahzadəsi ölümdən çətinliklə xilas olub.
Monakoda Burbon-Siciliyadan olan İtaliya şahzadəsi Mariya Karolina motosiklet sürərkən qəzaya düşüb.
Ajans.az xəbər verir ki, 21 yaşlı Mariya Karolina divara çırpılaraq başını vurub.
O, hazırda xəstəxanadadır.
Şahzadə qeyd edib ki, dəbilqəsi onu ölümcül zədədən xilas edib. O, sosial şəbəkələrdə xəstəxanadan fotolar paylaşaraq izləyicilərini motosiklet sürərkən daha diqqətli olmağa və həmişə qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.
Mövzular: