Reklam resmi
Reklam resmi

DƏHŞƏTLİ HADİSƏ: Buzlaqlar çökdü, bir kənd yox oldu - bu ölkədə... - VİDEO

DƏHŞƏTLİ HADİSƏ: Buzlaqlar çökdü, bir kənd yox oldu - bu ölkədə... - VİDEO
Dünya
418

İsveçrədə bir kənd yox olub.

İsveçrənin Vale kantonu vadisində, Alp dağları ətəklərində yerləşən Blatten kəndində buzlaqların çökməsi nəticəsində güclü sürüşmə baş verib.

Ajans.az “Röyters”ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində kəndin 90 faizi buz, qaya və palçıq təbəqəsi altında qalıb.

Palçıq və torpaq kəndin bir hissəsini, çayı və ətraf dərənin meşəlik yamaclarını tamamilə örtüb. Blatten Bələdiyyə sədri Matthias Belluald kəndin yenidən qurulacağını bildirib:

"Biz kəndimizi itirmişik. Kənd dağıntılar altındadır. Biz onu yenidən inşa edəcəyik".

Qeyd edilir ki, əvvəlcədən edilən xəbərdarlıq sayəsində mayın 19-da kəndin 300-ə yaxın sakini təxliyə edilib. Lakin 1 nəfər itkin düşüb, onun axtarışları davam edir.

Sizə kəndin son görüntülərinin olduğu videonu təqdim edirik:

Mövzular:
İsveçrə kənd sürüşmə buzlaq çökmə

Digər Xəbərlər