Müsəlman təşkilatının rəhbəri Rusiyada cinayət işi ilə ÜZ-ÜZƏ
Rostov vilayətində müsəlman təşkilatının rəhbərinə qarşı iş açılıb.
Ajans.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya FSB-nin regional idarəsi məlumat verib .
Həmin şəxs ekstremist təşkilatın fəaliyyətinin təşkili və xuliqanlıq maddələri ilə cinayət törətməkdə şübhəli bilinir.
Müəyyən edilib ki, o, Rusiyada ekstremist kimi tanınan beynəlxalq dini birliyin fəaliyyətində iştirak edib, həmçinin digər konfessiyaların nümayəndələrinə qarşı dözümsüz münasibəti təbliğ edib, rəsmi müsəlman ruhaniləri ilə münaqişələrə səbəb olub. Onun bir qrup şəxslə vətəndaşa hücum etdiyi də bildirilir.
Bundan əvvəl bildirilmişdi ki, Rostov-na-Donuda İŞİD-ə (İŞİD, “İslam Dövləti”, Rusiyada qadağan olunmuş terror təşkilatı) qoşulmuş şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.
Mövzular: