Reklam resmi
Reklam resmi

HƏMAS İsraildən 90 günlük ATƏŞKƏS TƏLƏB ETDİ

HƏMAS İsraildən 90 günlük ATƏŞKƏS TƏLƏB ETDİ
Dünya

HƏMAS İsraildən Qəzza zolağı ilə bağlı danışıqlarda 90 günlük atəşkəs tələb edib.

HƏMAS hərəkatı Qəzza zolağı ilə bağlı danışıqlar çərçivəsində anklavda 90 günlük atəşkəs tələb edib, İsrail isə 60 gün müddətində israr edir.

Ajans.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə İsrail tərəfi 10 canlı girovun bir dəfəyə azad edilməsini tələb edib. HƏMAS isə əsirləri iki mərhələdə azad etməyi planlaşdırır.

Hərəkat həmçinin ABŞ administrasiyasından girovların azad edilməsi üçün məcburi şərt kimi atəşkəs dövründə danışıqların davam etdirilməsinə zəmanət istəyib.

Radikallar ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun gələcək sazişi imzalamasını istəyirlər. O, HƏMAS-ın israr etdiyi kimi, Qəzza ilə bağlı razılaşmaların əldə olunduğunu rəsmən elan etməlidir.

Mövzular:
Qəzza İsrail HƏMAS tələb atəşkəs danışıqlar

Digər Xəbərlər