Lavrov və ABŞ rəsmisi arasında telefon danışığı olub
Lavrov və Rubio Ukraynadakı vəziyyəti müzakirə edib.
Mayın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Ajans.az xəbər verir ki, nazirlər Rusiya-Ukrayna müharibəsinin dayandırılması yollarını müzakirə ediblər.
Lavrov Rubioya Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında mayın 19-da əldə olunmuş razılaşmaların icrasının gedişatı, Rusiya-Ukrayna danışıqlarının növbəti raunduna hazırlıq barədə məlumat verib.
Mövzular: