Trampın yekun qərarı: Rusiyaya yeni sanksiyalar...
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı hələ qərar verməyib.
Ajans.az xəbər verir ki, bu barədə "Politico" Amerika rəsmilərinə istinadən məlumat verib. ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı hələlik yekun qərarını verməyib.
“Tramp Putinin Ukraynaya hücumlarını artırmasına cavab olaraq Moskvaya qarşı əlavə sanksiyaların tətbiq edilib-edilməməsi barədə hələ qərar verməyib ”, - bəyanatda deyilir.
Bundan əvvəl Amerika lideri rusiyalı həmkarına müraciət edərək, onu “odla oynamaq”la hədələmişdi. Siyasətçinin sözlərinə görə, Co Baydendən sonra onun ABŞ prezidenti olması Rusiyanı həqiqətən də pis şeylərdən xilas edib.
Qeyd edək ki, bundan əvvəl "The Wall Street Journal" Trampın bu həftə yeni sanksiyalar elan edə biləcəyini yazmışdı.