Ajans.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Keçmiş Rusiya Prezidenti bildirib: "O ki qaldı Trampın Putinin "odla oynaması" və Rusiyanın başına gələn "həqiqətən pis şeylər" haqqında dediklərinə. Mən yalnız bir pis şeyi bilirəm, o da III Dünya Müharibəsi. Ümid edirəm ki, Tramp bunu başa düşəcək!"

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Rusiya lideri Vladimir Putinin “odla oynadığı”nı bildirib .