Bu şirkət Tramp administrasiyasını MƏHKƏMƏYƏ VERİR
Amerikanın ən böyük radiostansiyası NPR, Kolorado ştatındakı üç ictimai radio stansiyası ilə birlikdə ABŞ prezidenti Donald Trampın administrasiyasına qarşı onun Konqresin NPR və PBS-ə (ABŞ-ın qeyri-kommersiya televiziya yayım xidməti) ayırdığı vəsaitdən istifadəni qadağan edən sərəncamı ilə bağlı iddia qaldırıb.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Sərəncam açıq şəkildə NPR və PBS-yə yönəlib, çünki prezident onların xəbərlərinin və digər məzmununun ədalətli, dəqiq və ya qərəzsiz olduğuna inanır”, -deyə, iddiada bildirilib.
Şirkətlər həmçinin bildiriblər ki, Trampın sərəncamı Konstitusiya və Birinci Düzəlişin söz və birləşmə azadlığının, eləcə də mətbuat azadlığının müdafiəsini pozur. Qeyd edək ki, 47-ci prezident dəfələrlə bildirib ki, nə NPR, nə də PBS “vergi ödəyicilərinə cari hadisələrin ədalətli təsvirini təqdim etmir”.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: