Reklam resmi
Reklam resmi

Trampın dəhşətli planı üzə çıxdı: Bu əraziyə zərbə endirəcək...

Trampın dəhşətli planı üzə çıxdı: Bu əraziyə zərbə endirəcək...
Dünya

ABŞ prezidenti Donald Tramp Kiyevin Rusiya ərazisinə Qərbin uzaqmənzilli silahları ilə zərbə endirmək imkanlarına qoyulan məhdudiyyətləri “ciddi şəkildə” ləğv edə bilər.

"Ajans.az" xəbər verir ki, bu barədə “Kyiv Post” Qərb rəsmilərinə istinadən yazır.

“Əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətlər, ləğv edilib-edilməməsindən asılı olmayaraq, hazırda nəzərdən keçirilir, çünki prezident Tramp hesab edir ki, mövcud status-kvon Rusiyanı danışıqlar masasına oturtmaqda bizim ümumi maraqlarımıza xidmət etmir”, - nəşrin mənbələrindən biri bildirib.

Qəzetin mənbələri bu həftə Vaşinqtonda Almaniya nümayəndələri ilə görüşlərdə Trampın Rusiya ilə bağlı hərəkətləri ilə bağlı yekun qərarı və Ukraynaya mümkün dəstək barədə qərarın müzakirə olunacağını bildirib. Nəşrin məlumatına görə, Almaniyanın xarici işlər naziri Yohan Vadeful yaxın günlərdə ABŞ paytaxtına səfər etməyi planlaşdırır.

Mayın 26-da Almaniya kansleri Fridrix Merz Berlinin Ukraynaya hərbi təchizatın çeşidinə qoyulan məhdudiyyətləri aradan qaldıracağını bəyan edib. O, eyni məhdudiyyətlərin İngiltərə, Fransa və ABŞ tərəfindən qaldırıldığını söylədi.

Mövzular:
ABŞ RUSİYA KİYEV DÜNYA

Digər Xəbərlər