Ajans.az xəbər verir ki, bu barədə “Kommersant” şirkətin maliyyə hesabatlarına istinadən yazır.

Qeyd olunur ki, söhbət rus qızılı, volfram və tantaldan gedir. Əvvəllər bu metallar Krasnoyarsk Əlvan Metallar Zavodu, Solikamsk Maqnezium Zavodu və Rusiyanın digər müəssisələri tərəfindən təmin edilirdi. Ümumilikdə şirkət 11 rus tədarükçüsü ilə işləyib.

Mütəxəssislər hesab edirlər ki, Rusiya metallarının rədd edilməsi elektronikanın qiymətinin 2-5% artmasına səbəb ola bilər. Nəşrin mənbələri qərarın ikinci dərəcəli sanksiyalara düşmə riski ilə bağlı olduğunu bildirirlər.