Yevlaxda cücə sexində YANĞIN OLDU
Yevlaxda cücə sexində yanğın - Cücələr öldü, maşın yararsız hala düşdü.
Yevlaxda cücə sexində yanğın olub.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Havarlı kəndində Mehman Yusifova məxsus fərdi təsərrüfatda baş verib.
Kiçik tikilidə baş verən yanğın böyüyərək həyətdəki "Vaz 21012" markalı maşını da ağuşuna alıb.
Hadisə yerinə yetişən yanğınsöndürənlər alovu ram edərək böyüməsinə imkan verməyib.
40-dan artıq cücə məhv olub, maşın yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: