İki ölkə arasında GƏRGİNLİK: İran bu addımı ATDI
Dünən Kann Film Festivalında "Bu, sadəcə bir qəza idi" filmi ilə "Qızıl Palma" mükafatını alan iranlı rejissor Cəfər Pənahi mükafatlandırma mərasimindəki çıxışında "bütün iranlıları azadlıq uğrunda birləşməyə" çağırdıqdan sonra İranın dövlət media orqanlarının tənqidinə tuş gəlib.
"Ajans.az" xəbər verir ki, Fars Xəbər Agentliyi Pənahinin "Qızıl Palma budağı"na "siyasi səbəblərə görə" layiq görüldüyünü iddia edərkən, Student News Network SNN Pənahini "ölkəsini satan agent" kimi təsvir edib. Fransanın xarici işlər naziri Jan-Noel Barrot da "X" sosial media hesabından paylaşdığı mesajla Pənahinin İranda “azadlıq” çağırışını dəstəkləyib:
“Cəfər Pənahi İran rejiminin zülmünə qarşı müqavimət əlaməti olaraq, hər yerdə azadlıq döyüşçüləri üçün ümidi canlandıran “Qızıl Palma” mükafatına layiq görülüb”, - deyə Barrot paylaşımında bildirib.
Ardından İran Xarici İşlər Nazirliyi Fransanın Tehrandakı müvəqqəti işlər vəkilini çağıraraq ona məlumat verib ki, fransalı nazirin açıqlamaları İranın daxili işlərinə açıq-aşkar müdaxilədir. "X" sosial media hesabında İranda "azadlıq" çağırışına Fransadan dəstək mesajı paylaşan İranın xarici işlər naziri Abbas Ərakçi, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlığa qarşı cinayətlərə görə həbs qərarı çıxarılan İsrail Baş naziri Benyamin Netanyahuya Fransanın dəstəyinin ekran görüntüsünü paylaşaraq bunları yazıb:
"Fransanın "insan haqları fəallığını" ələ salan bir çox qanun pozuntuları olub, ancaq heç nə ikiüzlülüyünü Fransanın İsrail rejiminə və onun hərbi cinayətlərinə münaibəti qədər açıq şəkildə özünü göstərməmişdi. Biz iranlılara dərs deməyin. Sizin heç bir mənəvi səlahiyyətiniz yoxdur".
Qeyd edək ki, məşhur iranlı rejissor 2010-cu ildə bir il əvvəl prezident seçkilərindən sonra baş verən iğtişaşlara dəstək verdiyi üçün 6 il həbs cəzasına məhkum edilib. Buna baxmayaraq, cəzası icra olunmayan Penahi 2022-ci ilin iyulunda Mahsa Emini nümayişləri zamanı etirazçılara qarşı güc tətbiq edilməsini tənqid edən bəyannamə imzaladığı üçün cəzasını çəkmək üçün həbs edilib. Penahi sonradan həbsdən azad edilib, lakin ölkədə peşəkar fəaliyyətlə məşğul olmaq qadağan edilib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.