Reklam resmi
Reklam resmi

Almaniya kanslerindən Ukraynadakı atəşkəs üçün ÇAĞIRIŞ

Almaniya kanslerindən Ukraynadakı atəşkəs üçün ÇAĞIRIŞ
Dünya

Almaniya kansleri Çin liderini Ukraynada atəşkəsə dəstək verməyə çağırıb.

Almaniya kansleri Fridrix Merts Çin Xalq Respublikasının sədri Si Cinpini Ukraynada atəşkəsin əldə olunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb.

Ajans.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibi Ştefan Kornelius məlumat verib.

Məlumata görə, mayın 23-də Mers və Si Cinpin arasında telefon danışığı baş tutub.

“Kansler Avropa və ABŞ-ın atəşkəsin tezliklə əldə olunması istiqamətində apardığı birgə səylər barədə məlumat verib və bu təşəbbüslərə dəstək göstərilməsini xahiş edib”, – Kornelius bildirib.

Mövzular:
Çin Almaniya çağırış Ukrayna atəşkəs

Digər Xəbərlər