Reklam resmi
Reklam resmi

"Microsoft"dan şok qadağa: Fələstin və Qəzza niyə bloklandı?

\"Microsoft\"dan şok qadağa: Fələstin və Qəzza niyə bloklandı?
Dünya

“Microsoft” öz işçilərinə “Fələstin” və “Qəzza” sözləri olan e-poçt göndərmələrini qadağan edib. Şirkətin bu qərarı ilə insanların reaksiyasına səbəb olub.

"Ajans.az" xəbər verir ki, "Microsoft"un baş ofisindən sızan xəbərlər qlobal şirkətlərdə ifadə azadlığı və senzura ilə bağlı müzakirələri yenidən alovlandırıb. İş o yerə çatıb ki, şirkət işçilərinin “Fələstin” və “Qəzza” sözləri olan elektron poçtlarını bloklamağa başlayıb.

Məlumatlara görə, Microsoft öz işçilərinə "Fələstin", "Qəzza" və "soyqırım" kimi sözlər olan e-poçt göndərməyi müvəqqəti olaraq qadağan edib. Bu qərarın arxasında son vaxtlar artan siyasi müzakirələr dayanır. Məlumatlara görə, Microsoft öz işçilərinə. Şirkət daxilindəki etiraz qruplarından biri olan "Mi Azure for Apartheid", onlarla işçinin bu sözlərdən istifadə etdikləri üçün e-poçt göndərə bilmədiklərini söylədi. İddialara görə, bu sözlər həm e-poçt başlığında, həm də mətndə istifadə edildikdə, məhdudiyyət avtomatik olaraq aktivləşir.

Microsoft rəhbərliyi bu məhdudiyyəti təsdiqləyib və məqsədin siyasi məzmunlu kütləvi mesajların yayılmasının qarşısını almaq olduğunu bildirib. Şirkətin sözçüsü Frank Shaw qadağanı müdafiə edib:  "İşlə bağlı olmayan məsələləri minlərlə işçiyə çatdırmaq yersizdir. Bu cür müzakirələr üçün ayrıca, isteğe bağlı forumlarımız var". 

Digər tərəfdən, Microsoft-un İsrail hökuməti ilə son bulud hesablamaları və süni intellekt müqavilələri məhdudiyyət qərarının arxasındakı müzakirələri daha da gücləndirir. Şirkətin bu sahədəki fəaliyyəti tez-tez tənqid edilib və “No Azure for Apartheid” qrupunun etirazları ilə gündəmə gətirilib.

Mövzular:
MİCROSOFT FƏLƏSTİN QƏZZA

Digər Xəbərlər