Reklam resmi
Reklam resmi

Bəy toy zamanı infarkt keçirib ÖLDÜ - Bu ölkədə

Bəy toy zamanı infarkt keçirib ÖLDÜ - Bu ölkədə
Dünya
988

Hindistanda bəy toyu zamanı infarkt keçirib.

Ajans.az xəbər verir ki, bu barədə Economic Times məlumat yayıb.

Karnataka ştatının Camxandi şəhərindən olan 25 yaşlı Praveen toyunu mayın ortalarında qeyd edib. O, nikah birliyini simvolizə edən müqəddəs boyunbağı olan manqalsutranı gəlinin üzərinə bağlayıb və dərhal yerə yıxılıb. Hadisə şahidlərinin sözlərinə görə, bəy huşunu itirməzdən əvvəl sinəsindəki kəskin ağrıdan şikayət edib.

Pravinin valideynləri oğlunu xilas etməyə çalışıb və tez onu ən yaxın xəstəxanaya çatdırıblar, lakin həkimlər onun öldüyünü elan ediblər: ürəyi dayanıb. İnsidentin səbəbi, yəqin ki, diaqnoz qoyulmamış ürək problemləri olub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Hindistan Bəy Toy İnfarkt

Digər Xəbərlər