2 yeniyetmə MN binasını yandırmağa ÇALIŞDI - Bu ölkədə
Tver vilayətində Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Vışnıy Voloçek şəhərində Müdafiə Nazirliyinin binasını yandırmağa cəhd edən iki yeniyetməni saxlayıblar.
Ajans.az xəbər verir ki, bu, Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsinə az qalmış baş verib. Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, gənclər neonasizm ideyalarını bölüşüb, Ukraynadan olan kuratorun göstərişi ilə hərəkət ediblər.
FSB aydınlaşdırıb ki, yeniyetmələr Müdafiə Nazirliyinə aid olan inzibati binanı yandırmağı planlaşdırıblar. Onların bu hərəkəti mayın 9-u ərəfəsində vəziyyətin sabitliyini pozmağa yönəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cəhdin qarşısını alıb və şübhəli şəxsləri saxlayıblar.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: