Reklam resmi
Reklam resmi

Tramp: Rusiyanın G8-də üzvlüyündən çıxarılmasa idi...

Tramp: Rusiyanın G8-də üzvlüyündən çıxarılmasa idi...
Dünya

Tramp çıxışında qeyd edib ki, Rusiyanın G8-də üzvlüyünün saxlanılması Ukrayna münaqişəsinin qarşısını ala bilərdi.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiyanın "Böyük Səkkizliy"də (G8) üzvlüyünün saxlanılması Ukraynada hərbi münaqişənin başlanmasının qarşısını ala bilərdi.

Ajans.az xəbər verir ki, ameriaklı lider bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu formatda – Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Rusiya ilə birgə əməkdaşlıq böyük fayda verə bilərdi.

“Əvvəllər G8 formatı var idi, sonra heyrətamiz şəkildə Rusiyanı oradan çıxardılar. Əgər Rusiya həmin qrupda qalsaydı, indi vəziyyət çox fərqli ola bilərdi”, – deyə Tramp qeyd edib.

Mövzular:
Tramp Rusiya G8 Ukrayna münaqişə

Digər Xəbərlər