Ajans.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Hindistan hökuməti Pakistanın Yeni Dehlidəki Ali Komissiyasında (Səfirlik - red.) vəzifəyə təyin edilmiş bir pakistanlı məmuru Hindistandakı rəsmi statusuna uyğun olmayan fəaliyyətlərlə məşğul olduğu üçün "persona non qrata" elan edib. Məmurdan 24 saat ərzində Hindistanı tərk etməsi tələb olunub", - məlumatda deyilir.