Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ilə danışıqlar zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyib.

İki ölkənin XİN rəhbəri “3+3” platformasının həyata keçirilməsi üçün səyləri artırmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, S.Lavrov İrəvanda işgüzar səfərdə olub.