ABŞ rəsmisindən AÇIQLAMA - Bu ölkələr arasında münaqişə riski var
Marko Rubio qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münaqişə riski var.
ABŞ Dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə köməkçi Marko Rubio Azərbaycanla Ermənistan arasında real silahlı münaqişə riskinin olduğunu söyləyib.
Ajans.az xəbər verir ki, o, bu barədə Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin dinləmələrində çıxışı zamanı danışıb.
"Bölgəyə münasibətdə əsas diqqətimiz Azərbaycan və Ermənistan arasında sülhü təmin etməyə yönəlib. Orada əsl münaqişə riski var və biz bunun qarşısını almağa çalışırıq", - Rubio qeyd edib.
Mövzular: