Pakistanda dəhşətli terror - Uşaqlar öldü
Pakistanın cənub-qərbində çərşənbə günü kamikadzenin məktəb avtobusunu partlatması nəticəsində azı 4 uşaq ölüb, 38 nəfər yaralanıb.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət rəsmiləri mıumat yayıblar.
Hücum Xuzdar ərazisində baş verib.Heç bir qrup məsuliyyəti üzərinə götürməyib, baxmayaraq ki, şübhələr regionda təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə tez-tez hücum edən etnik Bəluc separatçılarının üzərinə düşür.
Pakistanın daxili işlər naziri Mohsin Naqvi hücumu pisləyib və cinayətkarları heç bir güzəştə layiq olmayan "heyvan" adlandırıb.
Mövzular: