Reklam resmi
Reklam resmi

Tramp “Qızıl Qübbə”ni işə SALIR - Nə BAŞ VERİR?

Tramp “Qızıl Qübbə”ni işə SALIR - Nə BAŞ VERİR?
Dünya

ABŞ üç il ərzində “Qızıl Qübbə” raketdən müdafiə sistemini işə salmağı planlaşdırır.

Ajans.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Biz prezident Ronald Reyqanın 40 il əvvəl başladığı işi həqiqətən başa vuracağıq”, - deyə, Amerika lideri bildirib.

O, əlavə edib ki, texnologiya “əldə edə biləcəyi qədər mükəmməlliyə yaxındır”.

Bundan əvvəl Rusiya və Çin ABŞ-nin “Qızıl Qübbə” sisteminin yaradılması layihəsini sabitliyi pozan adlandırmışdı. Xüsusilə, Moskva və Pekin layihənin kosmosda silahların yerləşdirilməsinə gətirib çıxara və bu məkanı silahlanma yarışı arenasına çevirə biləcəyindən narahat olduqlarını bildiriblər.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Tramp Qızıl Qübbə Müdafiə sistemi

Digər Xəbərlər