Baydenin diaqnozunun təfərrüatları açıqlandı
ABŞ-nin keçmiş prezidenti Co Bayden sonuncu dəfə 2014-cü ildə ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışarkən prostat xərçəngi müayinəsindən keçib.
Ajans.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Keçmiş prezident Co Baydenin prostat xərçəngi üçün məlum olan sonuncu qan testi 2014-cü ildə olub ki, bu da onun vəzifədə olduğu 4 il ərzində xərçəng üçün yoxlanılmadığını göstərir”, - hesabatda deyilir. O da vurğulanır ki, Bayden könüllü olaraq müntəzəm testlərdən imtina edib.
Daha əvvəl, Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulduğu barədə məlumatlar ortaya çıxıb. Siyasətçinin komandası ötən həftə Ağ Evin keçmiş rəhbərinin sidik ifrazı ilə bağlı problemlərə görə tibbi müayinədən keçdiyini və mayın 16-da cümə günü sümük metastazlarının aşkar edildiyini və xərçəng xəstəliyinə tutulduğunu bildirib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.