Reklam resmi
Reklam resmi

Marko Rubiodan Açıqlama - Suriyadakı hakimiyyət süqut edə bilər

Marko Rubiodan Açıqlama - Suriyadakı hakimiyyət süqut edə bilər
Dünya

Rubio bildirib ki, Suriyanın keçid hakimiyyəti həftələr ərzində süqutla üzləşə bilər

ABŞ dövlət katibi Marko Rubio Suriyanın həftələr ərzində vətəndaş müharibəsi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, Rubio bunu Senatın Xarici Əlaqələr Komitəsində dinləmələrdə deyib.

Onun sözlərinə görə, hazırkı Suriya hökuməti cəmi bir neçə həftə ərzində süqutla üzləşə bilər ki, bu da ölkənin parçalanmasına gətirib çıxara bilər:

“Əslində, bizim qiymətləndirməmizə görə, keçid hökuməti üzləşdiyi çətinlikləri nəzərə alaraq, potensial çöküşdən və genişmiqyaslı vətəndaş müharibəsindən bəlkə də bir neçə həftə, bir neçə ay uzaqdadır”.

author picture
Ajansaz Muxbiri

Digər Xəbərlər