Reklam resmi
Reklam resmi

Tanınmış müğənni və bloger QƏZAYA DÜŞDÜ

Tanınmış müğənni və bloger QƏZAYA DÜŞDÜ
Dünya

Məşhur rusiyalı bloger və müğənni Milana Xametova komandasının yol-nəqliyyat hadisəsi törətdiyini bildirib.

Ajans.az xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında danışıb.

Blogerin sözlərinə görə, qəza Krasnoyarskdan Kemerovoya gedən yolda avtomobili qarşıdan gələn zolağa çıxaran sərxoş sürücünün təqsiri üzündən baş verib. Xametova aydınlıq gətirib ki, əsas zərbə rəqqasələrin və səs mühəndisinin olduğu avtomobilə dəyib.

"Yaxşıyam, biz ikinci maşına minirdik, bizim oğlanların arxasınca gedirdik və sürücümüzün sürətli reaksiyası və hamımızın təhlükəsizlik kəməri taxmağımız sayəsində dəhşətli heç nə baş vermədi", - deyə, bloger izah edib. Bloger həmçinin avtomobillərə ciddi ziyan dəydiyini göstərən kadrlar dərc edib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Bloger Rusiyalı müğənni Milana Xametova Qəza

Digər Xəbərlər